Sənət 11:18 13.03.2024

Alla Puqaçova iki gündə 20 milyon qazandı

Rusiyalı müğənni Alla Puqaçovanın yeni albomu təkcə bir rus musiqi platformasından iki gündə 20 milyon rubl (təxminən 370 min AZN) qazanıb.

Qaynarinfo kp.ru-ya istinadən xəbər verir ki, bu barədə Xalq artistinin yaxınları bildirib.

Onların sözlərinə görə, müğənni rəqəmsal platformalarda yeni albomundan əldə etdiyi gəlirdən təəccüblənib.

"Təkcə bir rus musiqi platformasında o, iki gün ərzində yeni albomundan 20 milyon rubldan çox qazandı. Və bu, yalnız bir rəqəmsal platformadadır və bizdə onlarda çox var", deyə mənbə bildirib.

Sənətçinin dostunu sözlərinə görə, Puqaçova indi yeni mahnılar buraxmaq üçün ruhlanır və daha çox pul qazanacağına ümid edir.

"Mahnılar yeni deyil, Puqaçova onları 10 il əvvəl alıb, sadəcə indiyədək arxivinə toz yığırdılar", deyə mənbə əlavə edib.

Qeyd edək ki, Ukraynada müharibə başladıqdan sonra Puqaçova əri Maksim Qalkin və uşaqları ilə birlikdə xaricə köçüb. Martın 1-də Puqaçova 16 ildən sonra ilk dəfə olaraq yeni albom buraxıb. Alboma sənətçinin 2019-cu ildə Kreml Sarayındakı yubiley konsertində lentə alınan 20 mahnı daxildir. Martın 3-də müğənni yeni mahnısını dərc edib.

Aydın