XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Paytaxtın bu hissəsində təmir işləri tamamlandı
Ölkə21:49 14.09.2026

Paytaxtın bu hissəsində təmir işləri tamamlandı

Yeni tədris ili başlamazdan əvvəl nəqliyyat intensivliyinin yüksək olduğu paytaxtın mərkəzi hissəsində nəzərdə tutulan əsas təmir işləri tamamlanıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, hazırda işlər şəhərətrafı ərazilərdə mərhələli şəkildə davam etdirilir.

Yaxın müddətdə proqram üzrə nəzərdə tutulan digər küçə və yollarda da təmir işlərinin yekunlaşdırılması planlaşdırılır.