Xəbər lenti

Dünya 12:44 07.03.2024

Almaniya və Britaniyanın XİN nazirlərinin görüşü: Ukrayna və Qəzza zolağı müzakirədə

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşəcək. Danışıqlar Berlində baş tutacaq və Ukrayna və Qəzza zolağı müzakirə ediləcək.

Bu barədə Qaynarinfo "Tagesschau”ya istinadən xəbər verir.

"Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun bu gün Berlində almaniyalı həmkarı Annalena Berbokka görüşəcəyi gözlənilir”, - deyə məlumatda bildirilir.
Jurnalistlərin məlumatına görə, Almaniya-Britaniya ikinci strateji dialoqu zamanı iki ölkənin xarici işlər nazirləri Ukraynaya dəstəyin artırılması və Qəzza zolağına daha çox humanitar yardımın göstərilməsi səylərini müzakirə edəcəklər.

"Görüş Rusiya mediası tərəfindən yüksək rütbəli alman hərbi rəsmiləri arasında Ukrayna ilə bağlı ələ keçirilən söhbətin dərc edildikdən bir neçə gün sonra baş tutur”, - nəşr yazır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->