Xəbər lenti

İdman 19:03 22.06.2022

"Şamaxı"nın yeni baş məşqçisi müəyyənləşdi

"Şamaxı"nın yeni baş məşqçisi bəlli olub.

Qaynarinfo xəbər verir ki, bölgə təmsilçisi hazırda Region Liqasında çıxış edən "Cəbrayıl"ın rəhbəri Cavid Hüseynova tapşırılacağı gözlənilir.

34 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacağı bildirilir. Bu vəzifədə Rüstəm Əliyevi əvəzləyəcək Hüseynovun təyinatı UEFA Region Kubokunda 2022/2023 mövsümünün ilkin mərhələ oyunlarından sonra gerçəkləşəcək.

"Cəbrayıl" ötən mövsüm Cavid Hüseynovun başçılığı altında Region Liqasının qalibi olub.
 
UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->