Xəbər lenti

Ölkə 22:22 01.08.2026

"Şamaxı"nın yeniyetmə fubolçusu faciəvi şəkildə həlak oldu (FOTO)

"Şamaxı” futbol klubunun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib. 

Qaynarinfo xəbər verir ki, klub mərhuma Allahdan rəhmət diləyib, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, bu gün Qaxda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb. Belə ki, "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Niva"da olan azyaşlı sərnişin, Şamaxı rayon sakini Seyidəli Babazadə ölüb.

Onun ailə üzvləri - 46 yaşlı Ruslan Babayev, 42 yaşlı Əzizə Babayeva, onların 5 yaşlı övladı və "Mercedes"in sürücüsü 33 yaşlı Mehman Rüstəmli xəsarət alıblar.
 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->