İdman 11:09 15.03.2024

Arda Turan “Qarabağ”a təşəkkür etdi (FOTO)

Türkiyə futbolunun əfsanəsi, "Eyubspor"un baş məşqçisi Arda Turan "Qarabağ"ın Avropa Liqasında "Bayer"ə qarşı keçirdiyi oyunla bağlı paylaşım edib.

Qaynarinfo xəbər verir ki, ulduz futbolçu Azərbaycan təmsilçisinə mübarizəsinə görə təşəkkürlərini bildirib: 

"Qarabağ" FK. Möhtəşəm mübarizə. Təşəkkürlər. Təbriklər".

Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə görə "Bayer"ə 4:5 hesabı ilə uduzub.