Futbolçu Lionel Messi Argentina prezidentliyinə namizədliyini irəli sürsəydi, ölkə əhalisinin 43,7 faizi onu dəstəkləyəcəkdi.
Qaynarinfo xəbər verir ki, bu barədə MK Giacobbe & Asociados şirkətinin sosioloji sorğusunun məlumatlarına istinadən məlumat
yayıb.
Respondentlərin 37,8%-i Paris Saint-Germain-in hücumçusunu prezident kürsüsündə görmək istəməyib, rəyi soruşulanların 17,5%-i futbolçunun namizədliyini "yəqin ki” dəstəkləyəcəklərini bildirib.
Dekabrın 18-də Argentina millisi Qətərdə keçirilən dünya çempionatının finalında Fransa yığmasını məğlub edib. 35 yaşlı Messi karyerasında ilk dəfə dünya çempionu olub.
Final matçında Messi fransızların qapısına iki qol vurub. Bundan əlavə, o, turnirin ən yaxşı oyunçusu kimi tanınıb.
Alpər
Şərhlər