Dünya 13:45 24.12.2023

Argentinanın yeni prezidenti bütün maaşını bacısına verir

Argentinanın yeni prezidenti Xavyer Miley bütün maaşını bacısı Karinaya verdiyi üçün nə qədər qazandığını bilmədiyini deyib. 

Qaynarinfo xəbər verir ki, siyasətçi bu barədə Argentinanın "Canal 13" telekanalının efirində danışıb.

"Bilmirəm. Mən heç vaxt maaşımın miqdarına baxmamışam, pulumun xərclənməsini bacım idarə edir", deyə Miley maaşının məbləği ilə bağlı suala cavabında bildirib.

Miley prezident olmazdan əvvəl deputat idi və maaşını xüsusi portalda hamı arasında oyuna sərf edirdi. O, indi bunu etmir, çünki eyni vaxtda mühazirə oxumaqla artıq pul qazana bilmir.

Karina Miley Argentinanın yeni prezidentinin "sağ əli" adlandırılır. O, inaqurasiya günü, dekabrın 10-da qardaşını müşayiət edib. Həmin tarixdə Xavyer Miley qohumlarının dövlət vəzifələrinə təyin edilməsini qadağan edən qaydanı dəyişdirərək bacısını Prezident Dəftərxanasının baş katibi təyin edib.

Aydın