Xəbər lenti

Ölkə 12:29 20.04.2024

Arif Quliyevin həyat yoldaşının vəziyyəti necədir? - Özü açıqladı

"Hələ yeriyə bilmirəm, 4 aya yaxınıdr ki, yataqdayam". 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, mərhum aktyor Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva səhhətindən danışarkən deyib. 

Gülzar Quliyeva hazırda müalicə prosesinin davam etdiyini bildirib:

"Həkimlər deyir ki, bu proses uzun çəkir. Tədricən yeriməliyəm. Dərmanların alınmasına kömək edirlər, bir hissəsini də uşaqlarım özü alır. Allah təvəkkül edib, bir təhər deyib yaşayırıq".

Qeyd edək ki, Xalq artisti, mərhum aktyor Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva fevral ayında insult keçirib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->