"Aşıq Əhlimanın səhhətində irəliləyiş var”.
Bu barədə Qaynarinfo-ya aşığın həyat yoldaşı Aybəniz Rəhimova bildirib.
O qeyd edib ki, Əhliman Rəhimovun nitqi bərpa olunub:
"Müalicəsi başa çatıb. Amma elə dərmanlar var ki, onları il boyu qəbul etmək lazımdır. Hazırda yalnız həmin dərmanları qəbul edir. Aşıqlar Birliyinə gedib-gəlir, dostları ilə görüşür”.
Aybəniz Rəhimova əlavə edib ki, Aşıq Əhlimana bir çox tədbirlərdən dəvət gəlir:
"Amma baxıram ki, həvəsi yoxdur, dəvətlərin bəzilərini qəbul etmir. Cavanlığındakı kimi bu tədbirdən o tədbirə gedə bilməz. Əsas odur ki, sağlamlığına qovuşub”.
Qeyd edək ki, bir neçə il əvvəl Aşıq Əhliman insult keçirmişdi. Ardınca isə aşıq ürək əməliyyatı olunub.
Bahar Rüstəmli
Şərhlər