Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Rəhimovun səhhətində ciddi irəliləyiş müşahidə olunmur.
Bu barədə Qaynarinfo-ya açıqlamasında aşığın oğlu Məhəmməd Rəhimov məlumat verib.
Onun sözlərinə görə, Aşıq Əhliman hazırda ev şəraitində müalicəsini davam etdirir:
"Atamın vəziyyəti əvvəlki kimidir. Yerimə qabiliyyəti bərpa olunub, amma danışığında hələ də problemlər qalır. Heç yerə getmir, bütün gün evdə, gözümüzün qarşısındadır. Həyatdır, insan sabah başına nə gələcəyini bilmir. Baş verənlərlə barışmaq lazımdır".
Uzun illər xaricdə yaşayan Məhəmməd Rəhimov atasının səhhətinə görə Bakıya köçdüyünü bildirib:
"Mən uzun illər xaricdə yaşamışam. Atamın səhhəti məni çox narahat edirdi. Buna görə də Bakıya köçmək qərarına gəldim. Bu, mənim oğul kimi borcumdur. Hələlik Bakıdayam. Yenidən xaricə qayıdıb-qayıtmayacağım isə hələ bəlli deyil".
Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Rəhimov 2011-ci ildə mikroinsult keçirib. O, 2022-ci ildə isə açıq ürək əməliyyatı olunub.
Bahar Rüstəmli
Şərhlər