Xəbər lenti

Aslan Kərimov: “Birinci yer uğrunda “Bayer”lə mübarizə aparılacağını düşünürəm”
İdman 16:15 01.09.2023

Aslan Kərimov: “Birinci yer uğrunda “Bayer”lə mübarizə aparılacağını düşünürəm”

"Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki rəqibləri müəyyənləşdi. Azərbaycan çempionu H qrupunda "Bayer” (Almaniya), "Molde” (Norveç) və "Haçken”lə (İsveç) mübarizə aparacaq.

"Qarabağ”ın və millimizin sabiq futbolçusu Aslan Kərimov püşkün nəticələrini dəyərləndirib. Veteran müdafiəçi Qaynarinfo-ya açıqlamasında Ağdam təmsilçisinin ikinci pillə uğrunda mübarizə apara biləcəyini düşünüdüyünü də deyib:

"Birinci səbətdəki komandalardan ən münasib rəqib düşdü. Qat-qat güclü rəqiblər vardı, bu baxımdan bəxtimiz gətiridi. Üçüncü və dördüncü səbətdən isə daha zəif rəqib ola bilərdi. keçən il "Ayntraxt”la oyunda məğlub olduq. Bakıdakı oyun onu göstərdi ki, Almaniya komandalarına qarşı oynaya bilərik. Deməli, "Bayer”i də keçmək imkanımız var. Yeri gəlmişkən mən PRO kateqoriyası üzrə oxuyarkən "Bayer”in bazasında praktikada olmuşam. Çox strukturlu komandadır. O vaxt baş məşqçiləri Rocer Smit idi. İstənilən halda alman komandasıdır, strukturklu oyun nümayiş etdirəcəklər. Üçüncü səbətdən "Molde” gəldi. Əslində "Qalatasaray”la matçda "Molde”nin nəyə qadir olduğunu gördük. Bu səviyyədə zəif rəqiblər olmur. Ancaq düşünürəm ki, "Tuluzua”dan daha yaxşı, "dişimizə” uyğun rəqibdir. Çünki bir ispan və fransız təmsilçisi düşdüyü halda, onlara qarşı oynamaq üçün indiki vaxtda "Qarabağ” üçün çox çətin olardı. "Molde” ilə oynamaq mümkündür və ikinci yeri əldə edə bilərik. Bunun üçün çox yaxşı şanslarımız var. Hətta birinci yer uğrunda "Bayer”lə mübarizə aparılacağını da düşünürəm. İsveç təmsilçisi bizə düşə biləcək ən yaxşı rəqib idi. Bu komandanı da uda bilməyəcəyiksə, daha Avropa Liqasında nə üçün iştirak edirik? "Haçken”i keçmək məcburiyyətindəyik”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->