Xəbər lenti

ATV-nin iş yerində vəfat edən əməkdaşının kimliyi açıqlandı (YENİLƏNİB)
Ölkə 14:54 24.10.2022

ATV-nin iş yerində vəfat edən əməkdaşının kimliyi açıqlandı (YENİLƏNİB)

ATV-də vəfat edən əməkdaş telekanalın Nəqliyyat şöbəsinin müdiri Məmmədov Mustafa olub. 

Telekanaldan Oxu.Az-a verilən məlumata görə, o bu gün iş yerində dünyasını dəyişib. Təcili tibbi yardım çağırılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib. 
 
 
 14:10

Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş yerində vəfat edib. 

"Qafqazinfo" xəbər verir ki, hadisə nahar fasiləsi zamanı telekanalın yeməkxanasında baş verib. Şirkətdə sürücü kimi işləyən Mustafa adlı şəxsin yemək yeyərkən boğazında qida qalıb. Qida nəfəs borusuna düşdüyündən o boğularaq ölüb.

Əraziyə tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->