Avstraliyada hər birinin fərqli ata və anası olan əkizlər dünyaya gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Oğlan və qız uşaqları 2025-ci ilin noyabrında doğulublar. Lakin qeyri-adi hadisə yalnız indi, Kvinslend məhkəməsində surroqat analıq qanunlarının pozulması ilə bağlı işə baxılarkən üzə çıxıb.
Hadisə uşaq dünyaya gətirmək imkanları olmayan bir avstraliyalı cütlüyün (A və B) başqa bir cütlükdən (V və Q) kömək istəməsi ilə başlayıb. V adlı qadın A və B üçün surroqat ana olmağa razılaşıb.
Uğurlu süni mayalanma prosedurundan bir müddət sonra ultrasəs müayinəsi zamanı V-nin bətnində iki döl aşkarlanıb. Aparılan testlər nəticəsində məlum olub ki, qız uşağı A və B cütlüyünün övladıdır. Oğlan isə V və Q cütlüyünün bioloji övladı olub və onların uşağı, məlum olduğu kimi, süni mayalanma proseduru ilə demək olar ki, eyni vaxtda təbii yolla mayalanıb.
Hamiləlik və doğuş problemsiz keçib. Lakin Avstraliya qanunlarına əsasən, surroqat ana vasitəsilə dünyaya gələn əkizləri ayırmaq olmaz. Onların birlikdə böyüməsi və tərbiyə olunması tələb edilir.
Hazırda hər iki cütlük məhkəmə prosesinə hazırlaşır. Onlar öz uşaqları üzərində valideynlik hüquqlarını müdafiə etmək niyyətindədirlər.
Bununla yanaşı, hər iki ailə uşaqlardan onların dünyaya gəlməsi ilə bağlı həqiqəti gizlətməyəcəyini açıqlayıb. Ailələr əkizlərin bir-birini tanımasını və əlaqə saxlamasını istəyirlər.
Aydın
Şərhlər