Xəbər lenti

Aygün Bəylərlə vida mərasiminin keçiriləcəyi yer açıqlandı
Sənət 22:30 07.01.2024

Aygün Bəylərlə vida mərasiminin keçiriləcəyi yer açıqlandı

Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi sabah saat 11:00-da Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçiriləcək.

Bu barədə "Report"a sənətçinin yaxınları bildirib.

Vida mərasimindən sonra mərhum saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist ötən gecə Türkiyədə xəstəxanada vəfat edib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->