Dünya 20:51 20.02.2024

"Azadlıq” radiosu Rusiya Federasiyasında arzuolunmaz hesab edildi

Ədliyyə Nazirliyi "Azadlıq” radiosunu (təşkilat Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxil edilib) Rusiya Federasiyasında arzuolunmaz QHT kimi tanınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl "Azadlıq” radiosunun redaktoru Alsa Kurmaşeva Kazanda həbs edilib.

Jurnalist Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb. Onun vəkili Edqar Matevosyan bildirib ki, Kurmaşeva özünü təqsirli hesab etmir. 

Bundan əvvəl "Azadlıq” radiosunun rus xidmətinin keçmiş direktoru Mariya Qessen qiyabi həbs edilib.