Xəbər lenti

İdman 10:57 26.11.2023

Azərbaycan millisi DÇ-də rekorda imza atdı (FOTOLAR)

Kikboksinq üzrə Azərbaycan millisi Portuqaliyanın Albufeyra şəhərində keçirilən dünya çempionatında rekorda imza atıb.

Qaynarinfo xəbər verir ki, 17-26 noyabr tarixlərində baş tutan yarışda idmançılarımız 13 medal qazanıblar.

Onlardan 6-sı qızıl, 1-i gümüş, 6-sı bürünc mükafat olub. Sübhan Mamedov, Elvin Məmmədov, Amin Quliyev, Surət Qarayev qızıl, Orxan Məlikov gümüş, Elcan Alkişiyev, Rauf Gərayzadə, Fərid Ağamoğlanov, Allahverdi Dəmirov, Ramiz Məmmədov və Qəşəm Məmmədov bürünc medala yiyələniblər. Veteranların yaş kateqoriyasında iştirak edən Eduard Məmmədov isə iki fərqli versiyada 2 qızıl medal qazanıb.

Federasiyanın prezidenti Orxan Əliyev və komandaya başçılıq edən I vitse-prezident Ramal Aslanov da dəstək üçün Portuqaliyada olublar.

Qeyd edək ki, dünya çempionatında 70 ölkədən 1369 idmançı qüvvəsini sınayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?