Dünya bazarında Azərbaycan neftinin qiyməti 107 dolları ötüb.
Qaynarinfo xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,11 ABŞ dolları və ya 2,98% artaraq 107,31 ABŞ dollarına yüksəlib. Bundan əvvəl Azərbaycan nefti 104,20 ABŞ dollarına ticarət edilmişdi.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 106,51 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,18 ABŞ dolları və ya 3,15 % artaraq 104,23 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər