Xəbər lenti

Tanınmış şair Həjar Şamiloğlunun Azərbaycanda ilk şeirlər kitabının təqdimatı olacaq (FOTO)
Sənət14:36 19.10.2026

Tanınmış şair Həjar Şamiloğlunun Azərbaycanda ilk şeirlər kitabının təqdimatı olacaq (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış şair Həjar Şamiloğlunun “Heç bilmədik necə sevdik sevəndə…” adlı yeni şeirlər kitabı nəşr olunub. Qaynarinfo-nun verdiyi xəbərə görə, bu, müəllifin Azərbaycanda çap edilən ilk kitabıdır.

Qaynarinfo xəbər verir ki, nəşr “Mücrü” nəşriyyatının “Poeziya” seriyasında işıq üzü görüb. 128 səhifəlik kitaba şairin oxucular tərəfindən sevilən, dillər əzbəri olan şeirləri ilə yanaşı, yeni poetik nümunələri də daxil edilib.

Kitabın naşiri Müşfiq Xan, texniki redaktoru Xanım Anela, dizayneri Teymur Fərzi, ədəbi məsləhətçisi Rəqsanə Süleyman, redaktoru isə Anar Amindir.

1966-cı ildə Kəlbəcərdə dünyaya gələn Həjar Şamiloğlunun indiyədək müxtəlif dillərdə 25 kitabı nəşr olunub.

Kitabın imza günü 25 oktyabr 2026-cı il, bazar günü saat 14:00–15:00 aralığında keçiriləcək. Tədbir 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində, “Mücrü” nəşriyyatının stendində baş tutacaq.

Bakı Ekspo Mərkəzi Heydər Əliyev prospekti, 515 ünvanında, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində yerləşir.