XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda ortaaylıq əməkhaqqı artıb (FOTO)
Ekonomiks12:44 09.10.2026

Azərbaycanda ortaaylıq əməkhaqqı artıb (FOTO)

2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7.2 faiz artaraq 1 176.7 manat təşkil edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir.

Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 4 451.1 manat, qeyri-neft-qaz sektorunda 1 117.9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqıları 1 172.1 manat, özəl müəssisələrdə isə 1 181.1 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində ortaaylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.