XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu
Ölkə14:08 09.10.2026

"Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu

Sosial şəbəkədə canlı yayım zamanı qadını və ailə üzvlərini təhqir edən şəxs inzibati qaydada həbs edilib.

Qaynarinfo xəbər verir ki, 1993-cü il təvəllüdlü, Zərdab rayonunda anadan olmuş Tural Təlibli “Bigo Live” platformasında canlı yayımlar zamanı Lyudmilanın, onun valideynlərinin və övladlarının ünvanına nalayiq ifadələr işlədib.

Məhkəmədə Tural Təlibli əməlini etiraf edib. O, qadınla aralarında yaranmış şəxsi narazılıq səbəbindən bu hərəkətlərə yol verdiyini bildirib və peşman olduğunu deyib.

Lyudmila isə məhkəmədə verdiyi ifadədə təhqirlərin təxminən bir il ərzində davam etdiyini və bu vəziyyətin ona mənəvi sarsıntı yaşatdığını bildirib.

Məhkəmə Tural Təliblini İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilərək 15 gün müddətinə inzibati həbsə məhkum edib.

Aydın