Bir neçə oğurluq və soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, 1988-ci il təvəllüdlü, Tərtər rayonunun Qapanlı kənd sakini Faniz Səfərov müxtəlif vaxtlarda kafe, dərzi sexi, meyvə-tərəvəz köşkü və ərzaq mağazasından oğurluq edib.
O, “Bibinin kafesi”ndən 470 manat olan pul kisəsini, dərzi sexindən “Samsung Galaxy A22”, meyvə-tərəvəz köşkündən isə “Samsung Galaxy A13” markalı telefon götürüb. Digər hadisədə ərzaq mağazasının kassasından 600 manat oğurlayıb. Hadisə zamanı qaçarkən mağaza əməkdaşını itələdiyi də bildirilir.
Məhkəmənin hökmü ilə Faniz Səfərov oğurluq və soyğunçuluqda təqsirli bilinib. Ona təyin olunan cəzalar qismən toplanaraq 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilib. Həbsdə saxlanıldığı 2 gün nəzərə alındıqdan sonra çəkəcəyi cəza 4 il 2 ay 28 gün təşkil edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Aydın
Şərhlər