XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb
Ölkə11:55 03.09.2026

Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb

Azərbaycanda 2025-ci ildə 1 yaşadək 1 312 uşağın ölüm faktı qeydə alınıb.

Qaynarinfo-nun Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ötən il hər 1000 diri doğulana 13,7 ölüm düşüb.

2025-ci ildə körpə ölümlərinin sayı əvvəlki illə müqayisədə 108 nəfər azalıb. Hər 1000 diri doğulana düşən göstərici də 13,9-dan 13,7-yə enib.

2024-cü ildə 1 yaşadək 1 420 uşaq ölüb. Həmin il hər 1000 diri doğulana düşən ölüm göstəricisi 13,9 olub.

Son beş ilin statistikasına nəzər salsaq, 2021-ci ildə 1 yaşadək ölən uşaqların sayı 840 nəfər olub. Bu, 2020-2025-ci illər üzrə ən aşağı göstəricidir. Hər 1000 diri doğulana düşən ölüm sayı isə 7,5 təşkil edib.

2022-ci ildə 959 uşaq ölüb, göstərici 7,8 olub.

2023-cü ildə isə körpə ölümlərində kəskin artım qeydə alınıb. Həmin il 2 039 uşaq 1 yaşına çatmadan ölüb. Hər 1000 diri doğulana düşən ölüm göstəricisi 18,1 olub.

Günay