XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan əhalisinin 91,5%-i internet istifadəçisidir
Ekonomiks12:53 03.09.2026

Azərbaycan əhalisinin 91,5%-i internet istifadəçisidir

2025-ci ildə Azərbaycanda əhalinin hər 100 nəfərindən 91,5 faizi internet istifadəçisi olub.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ildə 90,8 faiz, 2023-cü ildə isə 89,2 faiz təşkil edib.

Şəhərlərdə isə internetdən istifadə edənlərin sayı kəndlərdən daha çoxdu. 2025-ci ildə şəhər əhalisinin 95,9 faizi, kənd əhalisinin isə 86,3 faizi internet istifadəçisi olub.

Uşaqlar arasında isə göstərici 89,5 faiz təşkil edib. Bu, 7-15 yaşlı uşaqların hər 100 nəfərindən təxminən 90-nın internetdən istifadə etdiyini göstərir.

2024-cü ildə 7-15 yaşlı uşaqlar arasında internet istifadəçilərinin payı 90,8 faiz, 2023-cü ildə isə 89,7 faiz olub.

Ümumilikdə internetdən istifadə son illərdə artıb. 2017-ci ildə əhalinin 79 faizi internet istifadəçisi olduğu halda, 2025-ci ildə bu rəqəm 91,5 faizə yüksəlib.

Günay