XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Trabzonspor" Arda Turanı istədi: "Şaxtyor" nə cavab verdi?
İdman11:48 03.09.2026

"Trabzonspor" Arda Turanı istədi: "Şaxtyor" nə cavab verdi?

Fatih Tekke ilə yollarını ayıran "Trabzonspor" baş məşqçi axtarışlarını davam etdirərkən ilk olaraq "Şaxtyor Donetsk"də uğurlara imza atan Arda Turanı gündəminə gətirib.

Qaynarinfo xəbər verir ki, iddialara görə, klub prezidenti Ertuğrul Doğan Şenol Günəşin gedişindən sonra da Turanı komandaya gətirmək istəyib. Lakin bu baş tutmadığı üçün Fatih Tekkenin üzərində qərar verilib.

Klub Fatih Tekkenin gedişindən sonra bir daha Arda Turan üçün hərəkətə keçib. Rəhbərlik "Şaxtyor"dakı həmkarları ilə əlaqə saxlayaraq Arda Turanın transferi üçün şərtləri soruşub.

Ukrayna təmsilçisinin cavabı belə olub: "Prinsip etibarilə bütün transfer danışıqlarımızı yazılı şəkildə aparırıq. Zəhmət olmasa, tələbinizi bizə yazılı şəkildə göndərin”.

Bundan sonra "Trabzonspor" rəsmi məktubla "Şaxtyor" klubuna müraciət edərək Arda Turanı istədiklərini və narıncı-qaraların şərtlərinin nədən ibarət olduğunu soruşublar.

"Şaxtyor" tərəfi isə belə cavab verib: “Klubumuz idman strategiyası və başda Çempionlar Liqası olmaqla mövsüm hədəflərimizə uyğun olaraq baş məşqçinin ayrılmasını qətiyyən planlaşdırmır. Hazırkı mərhələdə bu istiqamətdə transfer danışıqlarının aparılması belə mümkün deyil. Baş məşqçimiz klubumuzun layihələrinin mərkəzindədir və bu məsələdə mövqeyimiz tamamilə aydındır. Göstərdiyiniz maraq və diqqət üçün çox təşəkkür edirik".

Yeni axtarışlara başlayan "Trabzonspor"da prioritetin əcnəbi baş məşqçi olduğu bildirilir. Məlumata görə, klub Antonio Konte, Vitor Pereyra və Serjiu Konseysao ilə əlaqə saxlayıb. Yerli məşqçilər arasında isə Abdullah Avcı və Şenol Günəşin adları ön plana çıxır.

Aydın