Ölkə 19:34 28.06.2022

Azərbaycanda vətəndaşlara pensiya növünü seçmək hüququ verildi

Azərbaycanda vətəndaşlara pensiya növünü seçmək hüququ verilib.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik etməsi ilə mümkün olub.

Belə ki, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçidlə bağlı istisna aradan qaldırılıb. Beləliklə, bütün növ əmək pensiyalarına keçmək mümkün olacaq. Bununla da pensiyaçıların ya əlilliyə, ya da yaşa görə pensiya seçmək hüququ yaranır.