XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanla Özbəkistanın bu şəhərləri də qardaşlaşır (SİYAHI)
Siyasət10:23 24.08.2026

Azərbaycanla Özbəkistanın bu şəhərləri də qardaşlaşır (SİYAHI)

Azərbaycan və Özbəkistan arasında münasibətlər paytaxtlardan kənarda da yeni körpülər qurur. Bakı ilə Daşkəndin möhkəm siyasi və strateji tərəfdaşlığı fonunda iki ölkənin müxtəlif şəhərləri də “qardaşlaşaraq” iqtisadi, mədəni və turizm əlaqələrini genişləndirir. Bir-birindən minlərlə kilometr uzaqda yerləşən bu şəhərləri isə ortaq tarix, mədəni yaxınlıq və dostluq bağları birləşdirir.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycanla Özbəkistanın 10 şəhəri qardaşlaşıb.

Qardaş şəhərlərin siyası belədir:

Bakı - Daşkənd

İsmayıllı - Riştan

Şuşa - Xivə

Lənkəran - Buxara

Şəki - Kokand

Biləsuvar - Termez

Mingəçevir - Namanqan

Füzuli - Gülüstan

Quba - Cizak

Beyləqan - Şəhrisəbz

Qeyd edək ki, Naxçıvan-Ürgənc şəhərlərinin yaxın vaxtlarda qardaşlaşma münasibətinin qurulması planlaşdırılır.