XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ceki Çan Azərbaycandan danışıb kövrəldi (VİDEO)
Ölkə10:35 24.08.2026

Ceki Çan Azərbaycandan danışıb kövrəldi (VİDEO)

Bir müddət əvvəl Bakıda qonaq olan dünyaca məşhur aktyor Ceki Çanın yeni videosu yayılıb.

Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, əfsanəvi aktyor Azərbaycanda apardıqları çəkilişlərdən danışarkən kövrəlib:

"Dünən hələ də Azərbaycanda çəkilişdə idim. Günəş saat 22:00-dan sonra batdığı üçün, əgər təyyarəyə tələsməsəydim, saat 22:45-ə qədər çəkiliş edəcəkdik. Qayıdıb gəlməyim sırf sizləri - qardaşlarımı görmək üçün idi. Bir-birimizi görmək həqiqətən asan deyil. Bu görüş üçün nə qədər uzaq yol gəlmişik".

Qeyd edək ki, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda lentə alınıb.