Maqazin 11:26 17.09.2023

Azərbaycanlı aktrisa Türkiyədə bu seriala çəkiləcək

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin yeni layihəsi bəlli olub.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Şahane hayatım" serialında rol alacaq.

O, layihədə "Melissa" obrazına həyat verəcək. Serialın baş rollarını Hilal Altınbileklə Onur Tuna canlandıracaq.

Qeyd edək ki, Nəsrin Cavadzadə indiyədək"Yersiz Yurtsuz", "Samanyolu", "Yazmalım", "Ağır Roman Yeni Dünya", "Görüş Günü Kadınları", "Küçük Ağa", "Kış Güneşi", "Yüzyıllık Mühür", "Bizim Hikaye", "Yasak Elma" və "Üç Kuruş" seriallarında rol alıb.