2026-cı ilin əvvəlindən etibarən Rusiyanın ən varlı biznesmenlərinin ümumi sərvəti 5,02 milyard ABŞ dolları azalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS agentliyinin "Bloomberg Billionaires Index" (BBI) reytinqi əsasında apardığı hesablamalarda bildirilir.
Ən böyük itki iş adamı Mixail Proxorovda qeydə alınıb. Onun sərvəti 5,66 milyard dollar azalaraq 10,9 milyard dollara düşüb.
Bundan başqa, "Norilsk Nickel" ("Nornikel") şirkətinin prezidenti Vladimir Potaninin sərvəti 3,44 milyard dollar azalaraq 23 milyard dollar təşkil edib. "Telegram"ın həmtəsisçisi Pavel Durovun sərvəti isə 1,86 milyard dollar azalaraq 12,5 milyard dollara enib.
"LUKOIL"un təsisçisi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovun sərvəti 1,41 milyard dollar azalaraq 21,2 milyard dollara, NLMK Direktorlar Şurasının sədri Vladimir Lisinin sərvəti isə 1,16 milyard dollar azalaraq 22,6 milyard dollara düşüb.
Ən böyük artım isə "Severstal"ın təsisçisi Aleksey Mordaşovda qeydə alınıb. Onun sərvəti 1,79 milyard dollar artaraq 28,1 milyard dollara çatıb.
"Novatek" şirkətinin rəhbəri Leonid Mixelsonun sərvəti 1,48 milyard dollar artaraq 25,2 milyard dollar, "EuroChem" şirkətinin təsisçisi Andrey Melniçenkonun sərvəti 1,18 milyard dollar artaraq 20,1 milyard dollar olub.
Bundan əlavə, Gennadi Timçenkonun sərvəti 1,15 milyard dollar artaraq 15,4 milyard dollara, UGMK şirkətinin təsisçisi İskəndər Mahmudovun sərvəti isə 700 milyon dollar artaraq 8,58 milyard dollara yüksəlib.
Qeyd edək ki, "Bloomberg Billionaires Index" milyarderlərin pay sahibi olduqları şirkətlərin səhmlərinin bazar dəyəri əsasında hesablanır. Reytinq dünyanın 500 ən varlı şəxsini əhatə edir və onların arasında Rusiya vətəndaşı olan 20 nəfər yer alır.
Aydın
Şərhlər