Sənət 22:35 27.03.2023

Azərbaycanlı tələbə İstanbul Film Festivalının münsif heyətinə seçildi (FOTO)

Bu il Türkiyənin ən böyük film festivalı olan 42-ci Uluslararası İstanbul Film Festivalının Gənc Ustalar kategoriyasındakı filmləri dəyərləndirəcək münsiflər heyətinə İstanbul Universiteti İletişim fakültəsində Radio, Televiziya və Sinema ixtisası üzrə 2-ci kursda təhsil alan azərbaycanlı tələbə Malik Bədəlov da seçilib.

Qaynarinfo xəbər verir ki, Malik Bədəlov daha öncə də Yozqatda keçirilən Beynəlxalq Film Festivalının Gənc jüri heyətində yer almışdı.

Qeyd edək ki, 1982-ci ildən etibarən İstanbul Kültür Sanat Vakfının təşkilatçılığı ilə keçirilən ənənəvi Uluslararası İstanbul Film Festivali bu il 7-18 Aprel tarixlərində keçiriləcək. 

Festivalda milli və beynəlxalq filmlər nümayiş olunur. Festival 1989-cu ildə Beynəlxalq Kinoprodüserlər Assosiasiyası Federasiyası tərəfindən akkreditə olunub. Kinofestivalın əsas ödülü "Altin Lale”dır.

Alpər