Xəbər lenti

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ekonomiks 17:06 23.07.2026

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan "Starburst” ilə əməkdaşlıq edir


Uzunmüddətli rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən "Azercell Telecom” MMC süni intellekt sahəsində imkanlarını genişləndirmək məqsədilə aparıcı qlobal texnologiya şirkətləri ilə əməkdaşlığını davam etdirir. Bu istiqamətdə şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan "Starburst” ilə əməkdaşlıq edir. Təşəbbüs Azercell-də müasir, süni intellekt əsaslı data ekosisteminin inkişafını sürətləndirərək innovasiyaların daha çevik tətbiqinə və məlumatlara əsaslanan qərarvermənin gücləndirilməsinə xidmət edir.


Bu əməkdaşlıq çərçivəsində Azercell korporativ məlumatların idarə olunmasına yeni yanaşma tətbiq edərək şirkət daxilində vahid data mühiti formalaşdırıb. Platforma əməkdaşlara məlumatları daha səmərəli təhlil etməyə, süni intellekt əsaslı həllər hazırlamağa və innovativ həllər üçün çevik texnoloji baza yaratmağa imkan verir.


Vahid data mühiti biznes və texnologiya komandaları arasında əməkdaşlığı gücləndirir, etibarlı məlumatlara çıxışı asanlaşdırır və analitik prosesləri sürətləndirir. Nəticədə məlumatlara əsaslanan qərarların qəbulu daha operativ olur, əməliyyat səmərəliliyi artır. Platforma eyni zamanda süni intellekt həllərinin müxtəlif biznes proseslərinə və müştəriyönümlü xidmətlərə inteqrasiyasını dəstəkləyir.


Qeyd edək ki, "Starburst” ilə tərəfdaşlıq Azercell-in qlobal texnologiya şirkətləri ilə əməkdaşlığının genişləndirilməsi və süni intellekt sahəsində imkanlarının inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl təşəbbüslərdən biridir. Son illər ərzində şirkət Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri kimi mövqeyini daha da möhkəmləndirib.


Layihənin uğurlu icrası "Starburst” tərəfindən qlobal uğur hekayəsi kimi təqdim olunub. Bununla Azercell-in müasir data platformasının qurulması və süni intellekt sahəsində həyata keçirdiyi transformasiya təşəbbüsləri beynəlxalq texnologiya ictimaiyyətinə təqdim edilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->