Foto 18:30 22.03.2023

Bakı Olimpiya Stadionu “Qarabağ” - “Qalatasaray” oyununa hazırdır (FOTO)

"Qarabağ” Türkiyənin "Qalatasaray” klubuna qarşı keçirəcəyi xeyriyyə oyununun baş tutacağı Bakı Olimpiya Stadionunun (BOS) mövcud vəziyyətini əks etdirən fotolar paylaşıb.

Ağdam təmsilçisinin sosial şəbəkə hesabında yerləşdirilən şəkillərdə arenanın ot örtüyünün ideal vəziyyətdə olduğu görünür. Klub stadionun qarşılaşmaya hazır olduğunu qeyd edib. Bundan başqa, bir daha matçdan əldə olunacaq gəlirin Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün göndəriləcəyi qeyd edilib.

Xatırladaq ki, BOS rəhbərliyi matçın xeyriyyə məqsədli olduğunu nəzərə alaraq, təşkilati işlər üçün "Qarabağ"dan heç bir məbləğ tələb etməyib.
"Qarabağ” - "Qalatasaray” matçı martın 26-da saat 20:00-da start götürəcək.