Xəbər lenti

Ölkə 14:17 20.03.2024

Bakıda beş uşaq atası olan aktyor özünə qəsd etdi

Bakıda aktyor intihar edib.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi "Zeytun savxozu” adlanan ərazidəki nömrəsiz evdə 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb.

Yaxınları Ü.Hümbətovun həyətdəki yarımtikilinin tavanından özünü asaraq intihar etməsi barədə məlumat veriblər.

Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?