Bakıda daha bir ərazidə yol hərəkətinin təşkilində dəyişiklik edilib.
Qaynarinfo xezerxeber.az-a istinadən xəbər verir ki, dəyişiklik Nəsimi rayonuda Şəmsi Bədəlbəyli və Səməd Vurğun küçələrində edilib. İşlər Yerüstü Nəqliyyat Agentliyi tərəfindən icra edilib.
Bu dəyişikliklə günün pik saatlarında Rəşid Behbudov küçəsinin yükü də azalacaq. Məqsəd "28-may” metrostansiyası ətrafı küçə və prospektlərdə günün pik saatlarında sıxlığın qarşısını almaq və hərəkətin intesivliyini artırmaqdır.
Sürücülər də bu dəyişikliyə ehtiyac olduğunu deyirlər. Onlar yolun qısaldılması ilə Səməd Vurğun küçəsinə rahat getdiklərini bildiriblər.
Eyni zamanda dəyişikliklə Füzuli küçəsindən gələn sürücülər də sol tərəfə Səməd Vurğun küçəsi istiqamətində də dönməyə icazə verilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər