Xəbər lenti

Bakının bu ərazisinə də metro çəkiləcək
Ekonomiks 17:02 25.09.2025

Bakının bu ərazisinə də metro çəkiləcək

Bakı Metropoliteninin konseptual inkişaf sxeminə və Bakı şəhərinin Baş Planına əsasən, 2040-cı ilədək Yeni Günəşli qəsəbəsinə metro xəttinin çəkilməsi nəzərdə tutulur. 

Qaynarinfo "Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, stansiyanın inşa olunma tarixi və yerləşəcəyi ərazi Baş Plana uyğun  müəyyənləşəcək. 

Metropolitendən həmçinin bildirilib ki, Baş Planda 2040-cı ilədək Xırdalan şəhəri, Masazır və Zabrat qəsəbələrinə metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb.

Gələcəkdə bu istiqamətdə hər hansı dəyişiklik və ya yenilik olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.

--> -->