Xəbər lenti

Azərbaycan ilk yarımildə 1 milyard manata yaxın borc qaytarıb
Ekonomiks 11:48 27.07.2026

Azərbaycan ilk yarımildə 1 milyard manata yaxın borc qaytarıb

Bu ilin I yarısında Azərbaycanda dövlət büdcəsi xərclərinin 5,6 %-i və yaxud 944,8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Qaynarinfo Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,05 % azdır.

Yarım il ərzində daxili dövlət borcu üzrə 275,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 668,9 milyon manat olmaqla (əsas borc üzrə 494,2 milyon manat, faiz borcu üzrə 174,7 milyon manat) ödənilib.

Xatırladaq ki, bu il büdcədə borc və öhdəliklərə xidmət üçün 2 milyard 457,6 milyon manat vəsait nəzərdə tutulub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->