Xəbər lenti

İdman 13:15 09.08.2025

"Ballon d'Or"u kim qazanacaq? - Əsas namizədlər

Yeni futbol mövsümü artıq başlayır və bu o deməkdir ki, "Ballon d'Or" (Qızıl top) təqdimat mərasiminə də çox az vaxt qalıb. Mükafatı 2024/25 mövsümünün ən yaxşı oyunçusu alacaq və əvvəlki illərdən fərqli olaraq, futbolçular növbəti mövsümün ilk aylarından istifadə edərək namizədlər sırasına düşə bilməyəcəklər. Əsas diqqət PSJ-nin hücumçusuna yönəlib.

Qaynarinfo xəbər verir ki, PSJ-nin tarixində ilk dəfə Çempionlar Liqasının finalında qələbə qazanması, Osman Dembele kimi oyunçular üçün həlledici amil ola bilər. Bununla yanaşı, "Çelsi"nin Klublararası Dünya Çempionatında qələbəsi yarışa gözlənilməz adlar da gətirə bilər. Bu barədə "The Independent" yazıb.

Bununla belə, Lamin Yamal və Məhəmməd Salahın məhsuldar çıxışları göstərir ki, 22 sentyabrda podiuma mövsümü kuboklar baxımından o qədər də uğurlu keçirməyən oyunçu da qalib kimi çıxa bilər.

Əsas namizədlər

Osman Dembele - yeddi il ərzində "Barselona”nın onun üçün 2017-ci ildə ödədiyi 160 milyon dollarlıq transfer qiymətinin təzyiqi altında yaşadı. "Nou Kamp”da gözlənilən parlaq oyunu göstərə bilmədi. Amma vətəninə qayıtdıqdan sonra fransız nəhayət öz dəyərini sübut etdi. 

Ötən mövsüm o, PSJ-nin hücum xəttinin əsas hərəkətverici qüvvəsinə çevrildi: Yeni baş məşqçi Luis Enrikenin rəhbərliyi altında 35 qol vurdu və 16 məhsuldar ötürmə eti.

Liqa 1-də inamlı qələbə ilə yanaşı, onun qolları PSJ-nin tarixində ilk dəfə Çempionlar Liqasını qazanmasına səbəb oldu. Bu isə 27 yaşlı fransızı "Qızıl top” uğrunda mübarizədə əsas favoritə çevirir.

Lamin Yamal – "Barselona”nın 17 yaşlı sensasiyasının gələcəkdə bir neçə "Qızıl top” qazanacağı proqnozlaşdırılır. Amma bu mövsümdə də onun adını siyahıdan çıxarmaq olmaz.

Bütün turnirlərdə 18 qol və 25 ötürmə, may ayında keçirilmiş və "Real Madrid”in çempionluq şansını əngəlləyən 4:3-lük qalibiyyətlə nəticələnən "El-Klasiko"da həlledici çıxış, habelə İspaniya Kubokunun finalında möhtəşəm oyunla yadda qalan Yamal Messi ilə müqayisə olunur, lakin o, öz kumirindən dörd il əvvəl bu mükafatı qazana bilər.

Vitinya – keçmiş "Vulverhempton” yarımmüdafiəçisi yenilənmiş PSJ-nin başqa bir kəşfi oldu. Statistika baxımından 8 qol və 5 ötürmə mütənasib görünsə də, mərkəz xəttindəki işi komandanın hücum maşınını işə saldı.

PSJ-nin tarixi üçqat qələbəsinə (trebl) və ilk Çempionlar Kubokuna əlavə olaraq, o, Portuqaliya millisinin Millətlər Liqasını qazanmasına da töhfə verərək ilk beş favorit arasına daxil oldu.

Məhəmməd Salah – "Liverpul”un lideri Premyer Liqa tarixində ən yaxşı mövsümlərindən birini keçirdi: 29 qol və 18 ötürmə. Bir mövsümdə məhsuldar göstəricilər (47) üzrə Alan Şirer və Endi Koulun rekordunun təkrarladı.

Çempionlar Liqası itirilsə də, Salah "Liverpul”u İngiltərə çempionatında 20-ci tituluna apardı. Ardıcıl səkkiz mövsümdə 20-dən çox qol vuran oyunçu üçün "Qızıl top” artıq çoxdan gözlənilən mükafatdır.

Rafinya – ötən ilin avqustunda "Qızıl top” namizədləri sırasında yox idi, amma mövsümü "Barselona” ilə La Liqa və İspaniya Kubokunda "dubl” edərək 34 qol və 25 ötürmə ilə tamamladı.

Çempionlar Liqasında 13 qolla ən yaxşı bombardir oldu, amma yarımfinalda "İnter”ə məğlubiyyət Avropa futbolunun əsas kubokunu qazanmaq şansını itirdi.

Daha az ehtimalla namizədlər sırasında Koul Palmer, Fabian Ruis, Əşrəf Hakimi, Nuno Mendeş, Kilian Mbappe və Xviça Kvaratsxeliya da yer alır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->