Xəbər lenti

İdman 10:38 30.08.2023

"Barselona" Cəlalabadda akademiya açdı

"Barselona” Qırğızıstanın Cəlalabad şəhərində futbol akademiyası yaradıb.
 
Qaynarinfo-nun məlumatına görə, katalon klubunun prezidenti Xuan Laportanın iştirak etdiyi açılış mərasimində Qırğızıstan Prezidenti Sadir Çaparov akademiyanın açılışından məmnunluğunu ifadə edib.
 
Çaparov ölkədə futbolun inkişafına şərait yaradacaq infrastruktur işlərini sürətləndirdiklərini diqqətə çatdırıb. "Barselona" klubunun prezidenti daha bir akademiyanın Bişkekdə təməli qoyulacağını xatırladıb. 

Qırğızıstanın paytaxtında "Barselona"nın keçmiş oyunçularının iştirak edəcəyi yoldaşlıq matçı da keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->