Xəbər lenti

Baş nazir: Çexiya Ukraynaya görə Slovakiya ilə münasibətləri təhlükə altına qoyub
Dünya 16:25 07.03.2024

Baş nazir: Çexiya Ukraynaya görə Slovakiya ilə münasibətləri təhlükə altına qoyub

Çexiya hökuməti planlaşdırılan hökumətlərarası məsləhətləşmələri ləğv etməklə Slovakiya-Çexiya münasibətlərini təhlükə altına atıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fiko Facebook-da videomüraciət dərc edib. 

Fikonun sözlərinə görə, Praqa Nazirlər Kabinetinin birgə iclasının ləğv edilməsinə səbəb kimi Çexiya və Slovakiya hökumətlərinin Ukraynadakı münaqişəyə baxışındakı fərqliliyi göstərib.

O, bildirib ki, Çexiya hökuməti martın 6-da axşam saatlarında Slovakiya tərəfini hökumətlərarası məsləhətləşmələrin qeyri-müəyyən müddətə təxirə salınması ilə bağlı xəbərdar edib. Görüş apreldə Çexiyada baş tutmalı idi. Fikonun sözlərinə görə, bu yolla Çexiya Ukraynadakı münaqişədə maraqlı olduğunu təsdiqləyib. Baş nazir qeyd edib ki, Slovakiya həmişə sülhə çağırıb.

"Slovakiya hökuməti heç vaxt - təkrar edirəm, heç vaxt - dərin Çexiya-Slovakiya münasibətlərini heç bir təhlükəyə məruz qoymayacaq. Nəzərə alırıq ki, Çexiya hökumətinin rəhbərləri yalnız Ukraynadakı müharibəni dəstəkləməkdə maraqlı olduqları üçün onları riskə atmaq qərarına gəliblər, halbuki Slovakiya hökuməti açıq şəkildə sülhdən danışır”, - o videomüraciətində bildirib. 

Eyni zamanda, Robert Fiko Çexiyanın qərarının Slovakiyanın xarici siyasətinə təsir etməyəcəyini vurğulayıb. "Çexiya hökuməti istənilən vaxt Slovakiyada xoş qarşılanacaq. Biz Slovakiyadakı siyasi münasibətlərimizə Çexiya-Slovakiyanın birgə yaşayışı ilə heç bir əlaqəsi olmayan dünyaya fərqli baxışlarla yüklənməyəcəyik”.
Qeyd edək ki, Robert Fiko 2023-cü ilin oktyabrından Slovakiya hökumətinə rəhbərlik edir. O, dəfələrlə Ukraynaya silah tədarükünə qarşı çıxıb. Noyabrda Slovakiyanın yeni hökuməti Ukraynaya 40 milyon avroluq hərbi yardımın qarşısını kəsib. Robert Fiko Rusiya ilə Ukrayna arasında münaqişənin başlanmasının ikinci ildönümü ilə bağlı müraciətində deyib ki, "Qərbin Kiyevin qələbəsi ilə bağlı "stavka”sı iflasa uğrayıb”. O, həmçinin Ukraynanın NATO-ya potensial üzvlüyünə qarşı çıxıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->