Ölkə 14:16 04.05.2022

Baş redaktor üç gün ərzində iki dəfə qəzaya düşdü (FOTO)

Azərbaycanda baş redaktor Aqil Lətifov üç gün ərzində iki dəfə qəzaya düşüb.

Bu barədə "Report"a baş redaktorun özü məlumat verib.

O bildirib ki, mayın 2-də paytaxt ərazisində "VAZ-2107" markalı avtomobil əks yola çıxaraq idarə etdiyi maşınla toqquşub. Həmin vaxt avtomobilinə zərər dəysə də, özü xoşbəxtlikdən xəsarət almayıb.

İkinci hadisə isə bu gün paytaxt ərazisində qeydə alınıb:

"Əyləşdiyim taksi ilə yük maşını ilə toqquşdu. Nəticədə ayağım üç yerdən möhkəm əzildi".

A.Lətifov söyləyib ki, daha sonra xəstəxanada ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün buraxılıb.