Xəbər lenti

AFFA Ehtiram Quliyevi 15 min cərimələdi
İdman 14:32 09.04.2026

AFFA Ehtiram Quliyevi 15 min cərimələdi

AFFA İntizam Komitəsi "Turan Tovuz"u klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin açıqlamalarına görə cərimələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə qərar qurumun sonuncu iclasında qəbul edilib.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu - "Turan Tovuz" – "Zirə" qarşılaşması zamanı tovuzlu azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən qərb təmsilçisi 5 000 manat məbləğində cərimələnib.

Bundan başqa, görüş bitdikdən sonra "Turan Tovuz" klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə onun komandası 15 000 manat cərimələnib.

Həmin matçda "Zirə" komandasının 4 üzvü sarı vərəqə aldığı üçün paytaxt kollektivi 700 manat ziyana düşüb.
--> -->