Xəbər lenti

Belçikanın müdafiə nazirindəm Trampa:
Dünya 14:34 07.07.2026

Belçikanın müdafiə nazirindəm Trampa: "Kraliçanı rahat buraxın"

ABŞ Prezidenti Donald Trampın İtaliyanın Baş naziri Corcia Meloni barədə səsləndirdiyi fikirlərə Belçikadan reaksiya gəlib. 

Qaynarinfo xəbər verior ki, Belçikanın müdafiə naziri Teo Franken Melonini "Avropada mərkəz sağın kraliçası" adlandıraraq Donald Trampa "Onu rahat buraxın" çağırışı edib.

"Politico" nəşrinə müsahibəsində Teo Franken bildirib ki, Avropa yaxın 5–10 il ərzində müdafiə sahəsində ABŞ-ın dəstəyinə ehtiyac duymağa davam edəcək. Onun sözlərinə görə, bu müddətdə transatlantik münasibətlərin qorunması mühüm əhəmiyyət daşıyır. 

Nazir Donald Trampın son vaxtlar İtaliyanın Baş naziri Corcia Meloni barədə səsləndirdiyi tənqidi fikirlərə də münasibət bildirib. Franken vurğulayıb ki, Donald Tramp mühüm müttəfiqdir, lakin Meloniyə qarşı bu cür münasibət düzgün deyil:



"Əlbəttə, müttəfiq kimi ona ehtiyacımız var. Amma Meloniyə toxunmayın. O, Avropada mərkəz sağın kraliçasıdır, lider fiqurdur. Onu rahat buraxın".

Donald Tramp bazar günü axşam sosial media hesabında Corcia Meloninin fotosunu paylaşaraq istehzalı şəkildə İtaliya hökumət başçısı barədə özünə qarşı uzaqlaşdırma qərarı çıxartmalı ola biləcəyini yazmışdı.

Bu paylaşım iyun ayında Fransanın Evian şəhərində keçirilən G7 Sammitindən sonra yaranmış "foto qalmaqalı"nın davamı kimi qiymətləndirilir.



Sammitdən sonra Donald Tramp Corcia Meloninin onunla birlikdə şəkil çəkdirmək üçün "yalvardığını" iddia etmiş, Meloni isə bu açıqlamanı qəti şəkildə təkzib etmişdi. Baş verən gərginliyə toxunan Teo Franken bildirib:

"Mən onu sevirəm. O, mühafizəkardır, demək olar ki, eyni siyasi xətti bölüşürük. Sonra nəyə görə mübahisə edəcəksiniz? Bir şəkilə görə?"

Belçikanın müdafiə naziri qeyd edib ki, Avropa İttifaqı hələlik ABŞ-nin dəstəyi olmadan öz təhlükəsizliyini tam təmin edə biləcək səviyyədə deyil. Onun sözlərinə görə, Avropa ölkələri "amerikalıları öz yanlarında saxlamağa" çalışmalıdır.

Franken bildirib ki, ABŞ-ın hazırda təmin etdiyi hərbi imkanların Avropa tərəfindən tam şəkildə formalaşdırılması 5–10 il vaxt aparacaq.



"Politico"nun məlumatına görə, Franken Avropanın müdafiə potensialını artırmaq prosesi davam edərkən Donald Trampın narazılığına səbəb olmamağın vacibliyini də vurğulayıb.

"Amerikalılara ehtiyacımız var. Diplomatik davranın, onların dediklərinə qulaq asın və nəzakətli olmağa çalışın", deyə Belçikanın müdafiə naziri əlavə edib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->