Ekonomiks 17:10 09.06.2023

"Belə insanların sabaha ümidi yoxdur” - Psixoloq

"Əgər ətrafımızda "25 illik krediti necə ödəyəcəyəm”, "ömrüm kredit ödəməklə keçəcək” deyə şikayət edənlər varsa, onların sabaha ümidləri yoxdur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. O bildirib ki, 10-25 il müddətinə kreditə ev alanlar öncə düşünür, sonra bununla bağlı qərar verir. 

"İnsanlar hesablayırlar ki, onlara 25 il müddətinə kreditlə ev götürmək daha uyğundur, aylıq ödənişləri də az olacaq. Belə kredit götürən insanlar fikirləşə bilər ki, 25 illik krediti 10 ilə ödəyə biləcək. Yaxud da əksinə, "başıma bir iş gələrsə, bu evin sonu necə olacaq” deyə düşünə bilər. Bu gün dünya daha çox insanların həyat məmnuniyyətini artırmaq, psixoloji rifahını yüksəltmək üçün maariflənmə işlərinin aparılmasına üstünlük verilir. İndiki sürət əsrində insanın uzun müddət motivasiyasının üst vəziyyədə saxlaması onun həyat məmnuniyyətinə bağlıdır. Yəni, bir insan nə qədər həyata bağlı olarsa, onun motivasiyası da yüksək olacaq", deyə psixoloq qeyd edib.

Ekspert hesab edir ki, 25 illik kredit götürən şəxslərin heç də hamısı ümidsiz deyil: 

"İnsan 25 illik kreditə qərar verməklə həm də özünü sığortalayır. Ola bilər ki, 3-5 ay işsiz qalar, həmin vaxt çətinlik çəkə bilər, amma sonra işlər yoluna düşər və çətinliyi aradan qalxar. Biz qlobal dünyada yaşayırq. Bizim ailələrin iqtisadi modeli də yeni dövrün çağırışına adekvat olmalıdır. Cəmiyyətdə ümidin artırılması, rifah halının yüksəldilməsi istiqamətində bir maarifləndirmə işləri aparılmalıdır”. 

Bahar Rüstəmli