Dünya 19:17 01.06.2023

Belqorodda vəziyyət qızışır: sənədlər yandırılır, ruslar təşviş içində qaçır (VİDEO)

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində vəziyyət getdikcə gərginləşir. Şəhərdə inzibati bina yanır, ruslar sənədləri zibil qutularında yandırır və tələsik şəhəri tərk etməyə çalışırlar. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranır.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, "Rusiya Könüllülər Korpusu”nun üsyançıları Şebekinoda onlarla təhlükəsizlik əməkdaşının olduğu Daxili İşlər Nazirliyinin binasını atəşə tutduqlarını elan ediblər:

 

Россияне в Шебекино жгут документы в урнах

 

В Шебекино горит админздание
"Şebekino Daxili İşlər Nazirliyində Qala planı elan edildi. Protokola əməl edən Putin bandasının "igid" müdafiəçiləri nəzarət binasına toplaşdılar. Biz onların bir yerə yığılmağına imkan verdik və onların üstünü "Qrad" paketləri ilə "örtdük". Nəticə artıq məlumdur. Biz yerli əhaliyə vaxtında vacib məlumat üçün təşəkkür edirik”.

Xatıaladaq ki, iyunun 1-də səhər saatlarında Rusiya mətbuatı Rusiya Federasiyasının Belqorod vilayətindəki Şebekino keçid məntəqəsinə "hücum” barədə məlumat yayıb.

Rusiya Könüllülər Korpusunun və "Rusiyanın Azadlığı" Legionunun əsgərləri video mesajlar dərc edərək, xüsusən Rusiya Federasiyasının ərazisində döyüşdüklərini və "çox yaxında Şebekinonun ətrafında görünəcəklərini" bildiriblər.
Alpər