Dünya 19:30 17.02.2024

Berbok Yaxın Şərqdə sülh üçün şərti açıqladı

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrail və Fələstin arasında iki dövlətin birgə yaşamasının siyasi həlli üçün əsas olacaq təhlükəsizlik zəmanətlərinin zəruriliyini bəyan edib. 

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, nazir bu barədə onun Münhen Təhlükəsizlik Konfransındakı çıxışında bildirib.

"Berbok deyib ki, İsrail və Fələstin arasında iki dövlətli həll yolu yaratmaq üçün 7 oktyabrda baş verən HƏMAS hücumunun bir daha heç vaxt baş verməyəcəyinə zəmanət olmalıdır", deyə qəzet yazıb.

Yanvarın əvvəlində Berbok İsrailə səfəri zamanı bildirmişdi ki, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatların intensivliyini azaltmalı və oraya yardım çatdırmaq imkanlarını genişləndirməlidir. Daha sonra Berbok bildirib ki, Qəzza zolağına cüzi humanitar yardım gəlir. O, Rəfah və Kerem Şalom keçid məntəqələrinin açılmasını mühüm addım adlandırıb.

Aydın