Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.
23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir.
"Qarabağ" bu keçidi sosial media hesabında video ilə elan edib. Həmin videonu təqdim edirik.
<script async src="https://telegram.org/js/telegram-widget.js?24" data-telegram-post="qaynarinfo/17806" data-width="100%"></script>
Qeyd edək ki, 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia", "İnter" (hər ikisi Braziliya) və APOEL klublarında çıxış edib, həmçinin Braziliyanın U-16 və U-17 millilərində forma geyinib.
Şərhlər