Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 6 nəfər ölüb, 172 nəfər xilas edilib.
Qaynarinfo-nun "Ntv Türkiyə"yə istinadən xəbərinə görə, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
16.22
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.
Qaynarinfo xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyini bildirib.
ŞKTC Baş naziri gəminin batması nəticəsində ölənlərin də olduğunu qeyd edib.
15.38
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmidən 159 nəfərin xilas edildiyi açıqlanıb.
Qaynarinfo "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.
M.Şenkul 159 nəfərin xilas edildiyini qeyd edib.
"Gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 270 nəfər var. Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, "Akgünlerin Express" gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub", - mer bildirib.
15.05
Şimali Kiprin Girnə şəhəri yaxınlığında 270 nəfəri daşıyan sərnişin gəmisi batıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb.
Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır.
Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

Şərhlər