Xəbər lenti

Bərzanini Bakıya gətirən səbəblər (ŞƏRH)
Siyasət 12:40 18.07.2023

Bərzanini Bakıya gətirən səbəblər (ŞƏRH)

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycana səfərə gəlib. Səfər zamanı Azərbaycanla ikitərəfli münasibətlər və əməkdaşlığın gələcək inkişaf yolları müzakirə olunacaq. 

Siyasi şərhçi Kənan Rövşənoğlu Qaynarinfo-ya açıqlamasında Neçirvan Bərzaninin səfərinin hansı məqsəd daşıdığına aydınlıq gətirib:



"Azərbaycanla İraq kürd muxtariyyəti arasında daha əvvəllər də əlaqələr olub. Bu əlaqələr əsasən də ticarət və enerji satışı sahəsini əhatə edib. Ancaq son illərdə əlaqələrin miqyası genişlənib. Bu ilin fevralın 18-də prezident İlham Əliyev və kürd muxtariyyəti sədri Nəçrivan Bərzani arasında Münhen konfransı çərçivəsində görüş keçirilib. Daha sonra iyunun 4-də Ankarada Ərdoğanın inaqurasiya mərasimi zamanı görüşüblər. İlham Əliyev Bərzanini fevralda Azərbaycana səfərə dəvət edib. 

Şimali İraq muxtariyyət olsa da, daha geniş səlahiyyətlərə malikdir, üstəlik böyük dövlətlərin maraq dairəsindədir, zəngin neft-qaz ehtiyatlarına malikdir. Yəni söhbət yarimüstəqil bir idarəçilikdən gedir. Bu əlaqələr Azərbaycan üçün də maraq kəsb edir. Qaldı ki, mövzulara, səfər çərçivəsində yəqin ki, müəyyən sənədlər imzalanacaq. Enerji, ticarət, sərmayə cəlbi kimi məsələlər ola bilər. Bu yaxınlarda oxudum ki, Azərbaycan İraq üzərindən nəqliyyat dəhlizi yaradılması layihəsini dəstəkləyir”. 

Həmsöhbətimiz qeyd edir ki, Ərbillə yaxınlaşma türkmənlərlə əlaqələr baxımdan faydalıdır: 

"İraqda, xüsusilə də şimal bölgəsində böyük sayda etnik azərbaycanlılar, yəni İraq türkmənləri yaşayır. Bu mənada Ərbillə yaxınlasma türkmənlərlə əlaqələr baxımdan faydalıdır. Bundan başqa Azərbaycan kimi İraq kürd muxtariyyətinin da İranla ciddi problemləri var. Bu amil də rol oynaya bilər. Türkiyə də güman ki, belə bir yaxınlaşmada maraqlıdır”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->