Xəbər lenti

BMT-nin 9 əməkdaşı HƏMAS-ın İsrailə hücumunda iştirak edib? - Etiraf
Dünya 11:46 06.08.2024

BMT-nin 9 əməkdaşı HƏMAS-ın İsrailə hücumunda iştirak edib? - Etiraf

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki fələstinli qaçqınlara yardım agentliyinin (UNRWA) doqquz əməkdaşı HƏMAS-ın ötən ilin oktyabrında İsrailə hücumunda iştirak etmiş ola bilər.

Qaynarinfo "The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsinin bəyanatında deyilir.

İdarə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki fələstinli qaçqınlara yardım agentliyinin HƏMAS-ın İsrailə hücumunda əli olmaqda şübhəli bilinən 19 əməkdaşı ilə bağlı araşdırmanı başa çatdırdığını bildirib.

Araşdırmada müəyyən edilib ki, doqquz halda "əldə edilən dəlillər UNRWA personalının 7 oktyabr 2023-cü ildə silahlı hücumlarda iştirak edə biləcəyini göstərir”.
"Agentliyin maraqları naminə bu şəxslərin əmək münasibətlərinə xitam veriləcək”, - deyə məlumatda bildirilir.

Bununla belə, digər doqquz işdə hücumda iştirakla bağlı kifayət qədər sübut, bir halda isə heç bir sübut olmayıb. 

Xatırladaq ki, yanvar ayında "Reuters” İsrailin BMT-nin Yaxın Şərqdəki fələstinli qaçqınlara yardım agentliyinin 190 əməkdaşını 2023-cü ildə HƏMAS-ın hücumu zamanı israilliləri oğurlamaqda və öldürməkdə ittiham etdiyini yazıb.

Onlardan biri İsrail tərəfindən sərhəddəki Beeri kəndinə hücumda iştirak etməkdə şübhəli bilinirdi. Həmin kəndin hər on sakinin biri öldürülüb. 

Nizami Bağırov
--> -->